Məşhur futbolçu baş məşqçi oldu

Oxunma: 512 TARIX /

Məşhur rumıniyalı futbolçu Adiran Mutu məşqçi karyerasına başlayıb.

İdmanxeber.com-un məlumatına görə, 39 yaşlı veteran hücumçu "Voluntari"nin baş məşqçisi təyin edilib.


Rumıniya klubu yüksək liqada qalmaq uğrunda mübarizə aparır.

Qeyd edək ki, Rumıniya millisində 73 oyun (33 qol) keçirən Mutu "Çelsi", "Yuventus", "Fiorentina" və "Parma" kimi klublarda da oynayıb.