Qurban Qurbanovlu millimizə daha bir rəqib - SƏFƏRDƏ

Oxunma: 628 TARIX /

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, komandamız iyunun 5-də Astana şəhərində Qazaxıstanla qarşılaşacaq.


Bu razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də, Astanada 
Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 17:00-da, əsas milli komandaların qarşılaşması isə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl əsas yığmamızın mayın 29-da Qırğızıstan, iyunun 9-da isə Latviya ilə yoxlama oyununda qüvvəsini sınayacağı açıqlanmışdı.