Həvəskar futbolçuların Bakı Futbol Liqasına yekun vurulub. 

İdmanxeber.com-un məlumatına görə, 27 turun nəticəsinə əsasən Azərbaycan Televiziyasının “İdman Azərbaycan” komandası hamıdan çox xal toplayaraq çempion adına layiq görülüb.

Qeyd edək ki, “İdman – Azərbaycan” komandası may ayının 7-dən 14-dək Moskvada keçiriləcək həvəskarlar arasında dünya çempionatına vəsiqə qazanıb. Dünya çempionatında “İdman-Azərbaycan” komandasıyla yanaşı İtaliyanın “Latsio”, İspaniyanın “Real Betis”, Almaniyanın “Verder”, Fransadan “Marsel”, Rusiyadan “Zenit” və “Spartak” kimi məşhur komandaların iştirakı gözlənilir.