"Kəpəz"dən yeni direktorla bağlı rəsmi - AÇIQLAMA

Oxunma: 545 TARIX /

Bir qədər öncə Gəncə şəhər stadionuna yeni direktorun təyin edilməsi ilə bağlı xəbər yazmışdıq.

İdmanxeber.com saytı olaraq yeni təyinatla bağlı ətraflı məlumat öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Azad Rəfi ilə əlaqə saxladıq. Klub rəsmisi xəbərimizi təsdiqləyərək stadionun yeni direktoru Namiq Allahverdinin dünəndən etibarən işə çıxdığını bildirdi:

"Bəli, doğru xəbərdi. Rəhbərlik Namiq bəyə tam güvənir və bu önəmli vəzifəni ona tapşırdı. Dünən yeni direktor texniki heyətə təqdim edilib və işçilərlə yaxından tanış olub. Klub rəhbərliyi tərəfindən direktora uğurlar arzulandı və inanırıq ki, Gəncə şəhər stadionunda görülən işlərdə, eləcə də klubumuzun inkişafında onun da əməyi olacaq".

Xəbəri oxuyan hər kəs kimi məlumatı öyrəndiyimiz zaman Namiq Allahverdinin adı bizə də tanış gəlmədi. Bəs görəsən stadionun yeni direktoru kimdi?

"Namiq müəllim əvvəllər başqa sahədə çalışıb. Bununla belə idmanı, futbolu sevən birisi kimi tanınır. İşgörmə qabiliyyəti yüksəkdir. Onun fərdi bacarığı, zəhmətkeşliyi sayəsində klubumuza töhvə verəcəyini söyləyə bilərik".