Binədə Ömər Paşayevi söyənlər cəzalarını tapdı

Oxunma: 716 TARIX /

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında birinci divizionun son turunda qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib.

İdmanxeber.com-un məlumatına görə, 23-cü turun “Binə” – “Şüvəlan” matçı başa çatdıqdan sonra ev sahibi komandanın rəsmi şəxsləri Rəhman Cəfərov, Süphan Əliyev, Сavid Tanrıverdiyev meydançaya daxil olaraq, Ömər Paşayevin başçılıq etdiyi hakimlər briqadasını təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalnıb,  klub 1200 manat cərimə olunub.