AFFA İntizam Komitəsi Azərbaycan I Liqasında çıxış edən "Yasamal 2" komandasının futzalçısı Rəhman Ələkbərlini 2 il müddətinə yarışlardan kənarlaşdırıb. 

İdmanxeber.com-un məlumatına görə, məlumatına görə, buna səbəb oyunçunun "Qarabağ"la görüşün 27-ci dəqiqəsində hakimə fiziki təzyiq göstərməsidir. Ələkbərli həmçinin referinin qərarına kəskin etiraz edərək onu təhqir edib. 

Qeyd edək ki, futzal üzrə FİFA referiləri - Hikmət Qafarlı və Elçin Səmədlinin idarə etdiyi qarşılaşma "Qarabağ"ın 6:2 hesablı qələbəsi ilə başa çatıb.