UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək “Mançester Siti”  – “Barselona” oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA-nın saytı məlumat yayıb  Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Dördüncü hakim funksiyasını Sandro Scharer (İsveçrə) yerinə yetirəcək.