Ronaldo şəxsi rekordunu yenilədi

Oxunma: 342 TARIX /

Madridin "Real" klubunun hücumçusu Kriştianu Ronaldo futbol üzrə İspaniya çempionatının 33-cü turunda evdə "Atletik Bilbao"nun qapısına qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.

İdmanxeber.com-un məlumatına görə, "Santyaqo Bernabeu"da keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb.

Futbolçu "Real"ın heyətində 12 oyun ardarda qol vurmaqla öz rekordunu təkrarlayıb. Portuqaliyalı hücumçu bu göstəriciyə 2014/2015-ci illər mövsümündə çatıb.

Ronaldonun hesabında ümumilikdə ölkə çempionatının 25 oyununda 24 qol var.