Azərbaycan kubokunun həlledici mərhələsində üz-üzə gələcək "Qəbələ" və "Keşlə" kollektivlərinin heyətində itkilər var.

İdmanxeber.com-un məlumatına görə, hər iki komandada finalı buraxacaq futbolçular sarı vərəqə limitini doldurub. Paytaxt təmsilçisinin heyətində Fuad Bayramov "Qəbələ"yə qarşı forma geyinə bilməyəcəksə, əyalət təmsilçisində Ürfan Abbasov və Ruslan Qurbanov "Keşlə"yə qarşı mübarizə apara bilməyəcək.

Bundan başqa, "Keşlə"nin baş məşqçisi Yuri Maksimovun da final görüşünü tribunadan izləməsi gözlənilir. "Sumqayıt"la keçirilən yarımfinal matçında rəqib futbolçu Bəxtiyar Həsənəlizadəni vurmağa cəhd edən ukraynalı mütəxəssisin cazə alması qaçınılmazdı.