Azərbaycan gimnastları 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa Oyunlarına ilk lisenziyalarını əldə ediblər.

İdmanxeber.com-un məlumatına görə, Bakıda keçirilmiş batut gimnastikası üzrə Avropa çempionatında 2 kişi və 2 qadın batutçu bu hüquqa yiyələniblər. Azərbaycan millisi Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlarda maksimum sayla – 4 idmançı təmsil olunacaq.

Həmçinin, ötən həftə Belçikanın Antverpen şəhərindəki dünya çempionatında qarışıq cütlüyün uğurlu çıxışları onların da Avropa Oyunlarına yolunu açıb.

Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarında olduğu kimi, “Minsk 2019”da da gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək.