Türkiyə kubokunun yarımfinalında keçirilən "Fənərbaxça" - "Beşiktaş" cavab oyunundan qalmaqal yaşanıb.

İdmanxeber.com-un məlumatına görə,  buna səbəb azarkeşlərin meydana kənar əşyalar atması olub.

56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bundna sonra fanatlar meydana yad əşyalar atmağa başlayıblar. Nəticədə başından xəsarət alan “ağ-qaralar”ın baş məşqçisi Şenol Günəş meydançanı tərk edib. Başı yarılan Günəşə dərhal ilkin tibbi yardım göstərilib və başına 5 tikiş qoyulub.