Dünəndən etibarən "Şövkət Orduxanov" adına Qusar şəhər mərkəzi stadionunda yenidənqurma işlərinə və əsaslı təmirə start verilib.

İdmanxeber.com-un klubun rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, komandanın baş sponsoru "Azenco" ASC-nin vəsaiti hesabına başlanan yenidənqurma işlərinin ilkin mərhələsində mövcud olan oturacaqların çox hissəsi sökülüb. 22 aprel tarixindən sonra isə meydança və stadion ərazisində olan digər tikililərin söküntüsünə başlanılacaq. Buna səbəb, 22 aprel tarixində "Region Liqası"nın XI turu çərçivəsində komandamız Quba "Şahdağ"ına qarşı mövsümün son ev oyununa çıxacaq. Təbii ot örtüklü stadion, otel, klubun inzibati binası və başqa tikililər yeni mövsümdə I Divizionu hədəfləyən komandamızın ixtiyarına veriləcək. Bütün işlərin 4 aya yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki,Qusar Rayon İcra Hakimiyyəti görülən işlərə öz dəstəyini əsirgəmir.