Elxan Məmmədov UEFA-nın iclasında

Oxunma: 197 TARIX /

Bu gün Avropa futbol qurumunun Fair Play və Sosial Məsuliyyət Komitəsinin iclası keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında baş tutacaq.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da iclasda təmsil olunacaq. Belə ki, baş katib, adıçəkilən komitənin sədrinin 2-ci müavini Elxan Məmmədov iclasda iştirak edəcək.