"Liverpul"un futbolçusu Məhəmməd Salaha görə Misir çempionatında oyunların başlama vaxtı dəyişdirilib.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb  misirli hücumçunun M.Salahın İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu mükafatı olmasına əsas namizəd olmasıdır.

 

Bu mükafatın böyük ehtimalla Premyer Liqanın bombardiri M.Salahın qazanacağı gözlənilir. Aprelin 22-də keçiriləcək mükafatlandırma mərasimini misirli azarkeşlərin izləyə bilməsi üçün Misir Futbol Federasiyası bazar günü keçiriləcək oyunların başqa vaxta salınmasına qərar verib.