"Zirə"nin məşqçisi: "Rəhbərlik bizə bildirdi ki..."

Oxunma: 331 TARIX /

"Zirə”nin məşqçisi Elnur Çodarov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

İdmanxeber.com-un məlumatına görə, qəsəbə təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra bunları söyləyib:

"İlk hissə təqribən uşaqlar tapışırıqları yerinə yetirdi. Fasilədən sonra diqqətsizlik ucbatından iki qol buraxdıq. Rəqib komandanı təbrik edirik"

- Ayxan Abbasov açıqlamalarında bildirirdi ki, qol əziyyətlərindən yararlana bilmirik. Ancaq görürük ki, təhlükəli vəziyyətlər də azalıb...

- Mən belə düşünməzdim. Bizim qol epizodlarımız var idi.

- Rəhbərlik uğursuz nəticələrdən sonra sizə bir söz deyir?

- Rəhbərliklə görüşümüz olub. Bizə bildirdilr ki, arxanızda durmuşuq...

- Rəhbərliyin sizə bu sözü deməsi, məşqçilər korpusunu arxayınlaşdırmır ki?

- Xeyr, arxaynlıqdan söhbət gedə bilməz. Çalışırıq ki, düşdüyümüz çətin vəziyyətdən çıxaq.

- Elşən Abdullayev bir vaxtlar Azərbaycanın ən istedadlı futbolçularından hesab olunurdu. Ancaq bu gün istədiyi oyunu sərgiləyə bilmir...

- O, məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Ancaq oyun zamanı tam oalraq istədiyini sərgiləyə bilmir.