"Qarabağ" Azərbaycan çempionu oldu!

Oxunma: 610 TARIX /

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə 3 görüş keçiriləcək.

Lider "Qarabağ" bu tur çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün Ağdam təmsilçisinin 2018-ci ildə uduzmayan "Sumqayıt"ı səfərdə yenməsi lazımdı. Belə olacağı təqdirdə "köhlən atlar" çempionluğu erkən qeyd etmiş olacaq.

Turun digər matçlarında "Neftçi" "Qəbələ"ni, "Səbail" "Kəpəz"i sınağa çəkəcək.

22 aprel (bazar)

19:00. “Sumqayıt” – “Qarabağ” - 0:1 
Qol: 
Dani Kintana, 34
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov 
Sumqayıt Şəhər stadionu

19:00. “Neftçi” – “Qəbələ” - 1:0 
Qol: Ruslan Abışov, 4
Qırmızı vərəqə: Emin Mahmudov, 63 ("Neftçi" - ikinci sarı vərəqə)
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev

17:00. “Səbail” – “Kəpəz” - 1:1

Qol: Dario Federiko, 19 (0:1) Faruk Miya, 24 (1:1), 
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
“Bayıl Arena”