Milan “Qarabağ”a qarşı oynamayacaq

Oxunma: 441 TARIX /

"Zirə"nin futbolçusu Milan Duriç gələn tur "Qarabağ"a qarşı oynaya bilməyəcək.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb yarımmüdafiəçinin "Keşlə" ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşməsidi. Bu, Duriçin mövsümdə 8-ci xəbərdarlığıdı.

Qeyd edək ki, "Zirə" - "Qarabağ" matçı aprelin 27-də keçiriləcək.