Millimizin 21 yaşlılardan ibarət komandasının üzvü Ozancan Kökcü icarə əsasında çıxış etdiyi Hollandiyanın "Valveyk" klubundan ayrılacaq.

İdmanxeber.com-un məlumatına görə, onun icarə müddəti başa çatıb və müqavilə uzadılamayacaq. 

20 yaşlı yarımmüdafiəçi son ev oyununda azarkeşlərlə sağollaşıb.

Ozancan yeni mövsüm "Bursaspor"a dönəcəyini bəyan edib.