"Qarabağ" onu rekordçu etdi

Oxunma: 615 TARIX /

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin futbol tarixinə düşüb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli müdafiəçi karyerası ərzində 13-cü kubokunu qazanıb.

33 yaşlı futboçu polşalı futbolçular Ernst Pol və Kziztov Vajixin rekorduna şərik olub.

Qeyd edək ki, ötən il kapitanı olduğu “Legiya”dan “Qarabağ”a gələn Jezniçak Ağdam klubunda ilk titulunu qazanıb. O, digər 12 kuboku isə “Legiya”da başı üzərinə qaldırıb. Bunlardan 5-i Polşa çempionluğu, 6-ı ölkə kuboku, 1-i isə Superkubokdur.