Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən "Sumqayıt" - "Qarabağ" maçtı sonrası qonaq komandanın futbolçusu Elvin Yunuszadə İdmanxeber.com-a açıqlama verib. Müdafiəçi ardıcıl 5-ci dəfə çempion olduqları üçün sevincli olduğunu dilə gətirdi:

"Qarabağ" azarkeşlərini təbrik edirəm. Kim ki, qələbəmizi istəyirdi, onlar bu təbrikə layiqdi, həmçinin də biz. Əsas sevindirici məqlamlardan biri o oldu ki, Çempionlar Liqasına vəsiqə qazandıq. Baxmayaraq ki, qızıl medalları özümüz üçün təmin etmişik, qarşıdakı oyunlara da ciddi yanaşacağıq".

- Çempion olmaq "Qarabağ" üçün adiləşib?

- Mən belə deməzdim. Adiləşmək deyə bir şey yoxdu. Bu il hətta fərqli oldu. Ölkə çempionatı ilə yanaşı Çempionlar Liqasının qrup mərəhləsində mübarizə apardıq. Bu günkü matçda da, "SUmqayıt" bizə çətinlik yaratdı. Premyer Liqada zəif rəqib yoxdu.

- Final fitindən sonra sanki sevinciniz bir o qədər hiss olunmadı...
- (gülür) Çempion olacağımızı gözləyirdik. Bəlkə bu səbəbdən sevincimiz bir o qədər görünmədi. İnşallah, kuboku başımızın üzərinə qaldıranda sevincimizi görərsiniz.