ÇL-də yarımfinal matçlarının hakimləri açıqlandı

Oxunma: 377 TARIX /

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, İngiltərənin “Liverpul” klubu ilə İtaliya təmsilçisi “Roma” arasında oynanılacaq ilk qarşılaşma almaniyalı hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Feliks Brix olacaq. “Liverpul” - “Roma” matçı aprelin 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.  Almaniya çempionu “Bavariya” ilə İspaniya nəhəngi “Real” arasında baş tutacaq ilk oyun isə hollandiyalı hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi Byörn Kuypers olacaq. 

“Bavariya” - “Real” matçı aprelin 25-də Münhendə keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.