Almaniya Futbol İttifaqı 2024-cü il Avropa çempionatının final mərhələsinə namizədliyini rəsmən irəli sürüb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə UEFA-nın saytı məlumat yayıb. Almaniya Futbol İttifaqının prezidenti Raynhard Qrindel UEFA-nın mənzil-qərargahında  bütün lazımi sənədləri UEFA-nın birinci katibi Teodor Teodoridisə təqdim edib.

Qeyd edək ki, Almaniya AVRO-2024-ü təşkil etmək istəyini hələ ötən ilin martında açıqlamışdı.