Fransa millisinin sabiq baş məşqçisi vəfat etdi

Oxunma: 326 TARIX /

Fransa millisinin sabiq futbolçusu və baş məşqçisi Anri Mişel vəfat edib.

İdmanxeber.com-un məlumatına görə, tanınmış mütəxəssis 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Anri Mişel futbolçu karyerasının çox hissəsini vətənində “Nant”ın heyətində keçirib. O həmçinin Fransa yığmasında 58 oyuna çıxıb. Məşqçi kimi ilk uğuruna Fransanın gənclərdən ibarət millisi ilə 1984-cü il Los-Anceles Yay Olimpiya Oyunlarının qalibi olmaqla imza atan Mişel 1984 – 1988-ci illərdə ölkəsinin əsas yığmasının sükanı arxasında olub. O, DÇ-1986-da bürünc medal əldə edib. Mərhum Kamerun, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Kot-Divuar, Ekvatoriyal, Qvineya və Keniya yığmalarına da rəhbərlik edib.