"İlk 20 dəqiqə yaxşı oynadıq. Sonra oyuna nəzarəti rəqibə verdik və çox asan toplar itirdik. Ancaq "Barselona" ilə matç haqda danışmağa davam etməməliyik. Əks təqdirdə, istədiyimizi əldə edə bilmərik".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Roma"nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul"a 2:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, cavab matçında geridönüş edə biləcəklərini söyləyib: "Barselona" ilə ikinci görüşdən əvvəl şansımızın davam etdiyini demişdim. İndi də eyni şeyi söyləyirəm. Yenə geridönüş edə bilərik. Matçın bəzi bölümlərində komandam özünəinamı itirdi. Bu olmamalıdır".

Di Françesko daha sonra deyib: "Cavab oyununda çox fərqli "Roma" izləyəcəksiniz. Bu görüşdə onların işini asanlaşdırdıq. Ancaq iki matç belə olmayacaq".