Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün VI turun görüşləri keçiriləcək.

Idmanxeber.com-un məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla polşalı Radoslav Voytaşeklə qarşılaşacaq. Şəhriyar Məmmədyarovla Rauf Məmmədov isə qara fiqurlarla çıxış edəcək. Məmmədyarovun rəqibi İddiaçılar Turnirində uduzduğu yeganə şahmatçı - çinli Dinq Liren olacaq. Məmmədov isə yarışın bolqarıstanlı lideri Veselin Topalovla üz-üzə gələcək.

"Shamkir Chess 2018”

VI tur

25 aprel

Teymur Rəcəbov (Azərbaycan) - Radoslav Voytaşek (Polşa)

Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç)

Veselin Topalov (Bolqarıstan) - Rauf Məmmədov (Azərbaycan)

Aniş Giri (Hollandiya) - David Navara (Çexiya)

Dinq Liren (Çin) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Qeyd edək ki, 5 turdan sonra aktivində 3,5 xal olan Veselin Topalov liderdir. Maqnus Karlsen 3 xalla ikinci pillədə qərarlaşıb. Teymur Rəcəbov, Rauf Məmmədov, Sergey Karyakin, Aniş Giri, Dinq Liren hərəyə 2,5 xalla 3 - 7-ci yerləri bölüşdürür. Radoslav Voytaşek, Şəhriyar Məmmədyarov və David Navara isə hərəyə 2 xalla 7 - 10-cu yerdədirlər.