Kurtua millinin baş məşqçisini məhkəməyə verdi

Oxunma: 283 TARIX /

“Çelsi”nin və Belçika millisinin qolkiperi Tibo Kurtua yığmanın sabiq baş məşqçisi Mark Vilmotsu məhkəməyə verib. 

İdmanxeber.com-un məlumatına görə, qapıçı bu barədə tvitter hesabında yazıb:

“İlk dəfə deyil ki, Vilmots ictimaiyyət önündə məni və atamı təhqir edir, nüfuzuma xələl gətirməyə çalışır. Bu səbəbdən də, onu məhkəməyə vermək qərarına gəldik. Dəymiş zərər müqabilində kompensasiya tələb edirik”.

Qeyd edək ki, Mark Vilmots Tibo Kurtuanı Belçika yığmasının planı barədə atasını məlumatlandırmaqda günahlandırmışdı. Onun iddialarına görə, Kurtuanın atası həmin informasiyanı media nümayəndələrinə ötürüb.