Türkiyə Futbol Federasiyası ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə baş vermiş hadisələrlə əlaqədar yarımçıq qalan "Fənarbaxça" - "Beşiktaş" matçı ilə bağlı qərarlarını açıqlayıb. 

İdmanxeber.com-un məlumatına görə, görüşün 57-ci dəqiqədən etibarən qaldığı yerdən davam etdirilməsinə qərar verilib. Qarşılaşmanın qalan hissəsi boş tribunalar qarşısında davam etdiriləcək.  

Qeyd edək ki, Türkiyə Kubokunun aprelin 19-da keçirilmiş "Fənərbaxça" - "Beşiktaş" qarşılaşması yarımçıq dayandırılıb. Matçın 57-ci dəqiqəsində stadiona kənar əşyalar atan azarkeşlər qonaqların ehtiyat oyunçular skamyasını hədəf seçiblər. Nəticədə komandanın baş məşqçisi Şenol Günəş başından ağır xəsarət alıb. Bu komandalar arasındakı ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınmışdı.