Premyer Liqanın ən zəifi növbəti tura hazırlaşır

Oxunma: 483 TARIX /

Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qəbələ”nin qonağı olacaq “Kəpəz” bugündən qarşıdakı oyunun hazırlığına başlayıb.

İdmanxeber.com-un məlumatına görə, “Səbail”ə qarşı son çempionat matçından sonra bərpaedici prosedurdan (sauna, baseyn, masaj) keçən komanda üzvləri bir gün istirahət edib.

“Sarı-göylər”in bugünkü məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olub. Sabah Gəncəyə gedəcək “Kəpəz” əsas hazırlığı doğma şəhərdə keçirəcək.