İngiltərənin "Liverpul" klubunun əfsanəvi futbolçusu Stiven Cerrard Şotlandiyanın "Reyncers" komandasının baş məşqçisi ola bilər.

İdmanxeber.com-un məlumatına görə, klub prezidenti Dəyv Kinq müqavilənin detallarını müzakirə etmək üçün İngiltərə milli komandasının sabiq yarımmüdafiəçisi ilə əlaqə saxlayıb.

Hazırda "Reyncers"in baş məşqçisi Qrem Martidir. O, 2017-ci ilin fevralından komandada işləyir. Cerrard isə "Liverpul"un gənclər komandasına rəhbərlik edir.

Qeyd edək ki, "Reyncers" Şotlandiya çempionatında 65 xallaq ikinci pillədə qərarlaşıb. Komanda çempionatın başa çatmasına 4 tur qalmış əzəli rəqibi "Seltik"dən 10 xal geri qalır. Qlazqo komandasında mövsümün ilk yarısını "Qəbələ"də keçirmiş Endi Hallidey də çıxış edir. Hallidey ötən oyunların birində əvəzləndiyi üçün Qrem Martiyə sərt formada etiraz edib.