Ötən tur “Qarabağ”la qarşılaşan “Sumqayıt”  2 günlük istirahəti başa vurub. 

İdmanxeber.com-un məlumatına görə, "gənclik şəhəri"nin rəmsilçisi Samir Abasovun rəhbərliyi altında “Kapital Bank Arena”da məşqə çıxıb. “Qarabağ”la qarşılaşmanın gedişində zədə alan Rəşad Eyyubov hazırlıq prosesində iştirak etməyib. Kapitan Vurğun Hüseynov isə zədəsini tam sağaldaraq komandaya qoşulub. Bundan başqa, əvəzedici heyətdən bir neçə futbolçu məşq prosesinə cəlb edilib. Hazırlıq ərzində müxtəlif toplu çalışmalar edilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, “Sumqayıt” – “Səbail” qarşılaşması 29 aprel, saat 19:00-da “Kapital Bank Arena”da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.