Bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 55-cü yaş gününü qeyd edib.

İdmanxeber.com-un məlumatına görə, səbəbkara AFFA-nın inzibatı binasında doğum günü partisi təşkil olunub. Qurum rəhbərini təbrik edən PFL əməkdaşları Musayevin könlünü şad etmək üçün AFFA-ya aşıq dəvət ediblər.

Yeni yaşa qədəm qoyması münasibəti ilə biz də İdmanxeber.com ailəsi olaraq Ramin Musayevi təbrik edir, ona can sağlığı və işlərində müvəffəqiyətlər arzulayırıq.