Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, erkən final adlanan oyunda London “Arsenal”ı Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atlletiko”nu qəbul edib. 
Digər görüşdə isə turnirin sürpriz komandası sayılan “Zalsburq” Fransada “Marsel”in qonağı olub. 


26 aprel

Avropa Liqası
Yarımfinalın ilk oyunları

 
“Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya) - 1:1 
Qollar: 
Lakazet, 61 (1:0), Qrizmann, 82 (1:1)
Qırmızı vərəqə: Şime Vrsalko, 10 ("Atletiko")
Baş hakim: Klemen Turpin (Fransa)
London. “Arsenal” stadionu

“Marsel” (Fransa) – “Zalsburq” (Avstriya) - 2:0 
Qollar: Tauvin, 16, N`Jie, 63
Baş hakim: Villiam Kollum (Şotlandiya)
Marsel. “Velodrom” stadionu