Çin Superliqasında biabırçılıq! - FOTO

Oxunma: 1263 TARIX /

Çin Superliqasında, "Tyanczin Çyoançzyan" - "Quançjoy Everqrand" matçı zamanı maraqlı hadisə yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, qonaqların müdafiəçisi Zan Linpengin matç zamanı burnu qanayıb və forması qana bulaşıb. Bu zaman 5  nömrəli ehtiyat forma istəyən oyunçu üçün lazım olan futbolka tapılmayıb. Əvəzində 15 nömrəli formanın üzərindəki 1 rəqəmi örtülərək geyinməsi üçün futbolçuya verilib.

Bu hərəkətin klubun imicini zədələdiyini düşünən rəhbərlik inzibatçılara pul cəzası kəsib.