Araz Abdullayev addım-addım "Neftçi"yə ...

Oxunma: 630 TARIX /

Müqavilə əsasında "Qəbələ"yə məxsus olan, "Anortisis" kollektivinin və millimizin üzvü Araz Abdullayevin mövsümün sonu Kipr təmsilçisindən ayrılacağına şübhə qalmayıb.

İdmanxeber.com-un “goal.philenews.com” saytına istinadən verdiyi məlumata görə, Famaqusta klubu Arazı birdəfəlik heyətinə qatmaqda artıq maraqlı deyil.

Buna səbəb isə müqavilədə göstərilən 150 min avroluq təzminat qiymətidir. Məbləği yüksək hesab edən “Anortosis” rəhbərliyi artıq başqa variantları nəzərdən keçirir.


Kipr mətbuatı Arazın yeni klubunun adını da açıqlayıb. İddiaya görə, yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Qəbələ”yə qayıtmayacaq. Abdullayevin sabiq klubu “Neftçi”yə keçəcəyi bildirilib.

Qeyd edək ki, Araz 2008-2010 və 2012-2016-cı illərdə “Neftçi”də çıxış edib.