"Kəpəz"in yeni mövsümdən etibarən Premyer Liqada iştirak etməsi üçün lisenziya verildi. Buna görə də çox sevinirik".

İdmanxeber.com saytına açıqlamasında bu sözləri "Kəpəz"in icraçı-direktoru Elnur Camalxanov deyib. Bu gün Lisenziya Komissiyasının iclasında iştirak edən "sarı göylər"in rəsmisi azarkeşlərə sevinmək üçün tələsməyin bir qədər tez olduğunu bildirib: "Vallah, necə olacağını biz də bilmirik. Ancaq azarkeşlərimiz çox da sevinməsin. Allah eləməsin, birdən başqa cür olar. Sadəcə məsələ belə oldu ki, həm "Kəpəz"ə, həm də "Sabah" klubuna Premyer Liqada iştirak etmək üçün lisenziya verildi. Bizim müraciətimizi müsbət qarşıladılar. Daha necə olacaq, orasını bilmirəm. 9 komandalı olacağına inanmıram. Çünki "Xəzər" klubuna lisenziya vermədilər. Yeni iş həftəsində bəlli olar, yəqin ki... Ümid edirik ki, sonluq "Kəpəz"in xeyrinə olacaq. Çünki bizim azarkeşlər hər zaman sevinməyə layiqdi. Sadəcə tez bir söz deyərik, o da yanlış çıxar, narahatlığım bundandı".