AFFA rəsmisi: "Kəpəz" elitanı tərk etməlidi"

Oxunma: 1103 TARIX /

"AFFA-nın İcraiyyə Komitəsinin dünənki iclasında, Premyer Liqada klub sayının artırılması ilə bağlı qərar qəbul edilməyib. Bu o deməkdi ki, 2018-2019 mövsümündə Azərbaycan çempionatında 8 komanda iştirak etməlidi".

İdmanxeber.com saytına açıqlamasında bu sözləri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla söyləyib. Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası zamanı həm "Kəpəz", həm də "Sabah" klubuna Premyer Liqada iştirak hüququnun verilməsi məsələsinə münasibət bildirən qurum rəsmisi hər şeyin sadə olduğunu bildirdi:

"Kəpəz" Azərbaycan Premyer Liqasını sonuncu pillədə başa vurub. Yarışı sonuncu bitirən kollektiv elitanı tərk etməlidi. I Diviziondan isə 1 komanda əsas çempionata vəsiqə əldə edir. Lisenziya Komissiyası bütün sənədləri qaydasında olan "Sabah"a yeni mövsümdən etibarən Premyer Liqada iştirak etməyə icazə verdi. Məntiq onu deyir ki, "Kəpəz" aşağı dəstəyə düşəcək. Bəli, "Kəpəz"ə lisenziya verildi. Ancaq bu o demək deyil ki, sənədləri qaydasında olan komanda mütləq Premyer Liqada iştirak etməlidi. İdman prinsiplərinə görə Gəncə klubu elitanı tərk etməlidi".