Zirədə qalmaqal: "Kəpəz"in futbolçusuna kəllə atdılar!

Oxunma: 872 TARIX /

Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən və hazırda davam edən "Zirə" - "Kəpəz" matçında xoşagəlməz hadisə yaşanıb.

İdmanxeber.com-un Zirə stadionuna ezam olunan müxbirinin verdiyi məlumata görə, matçın 8-ci dəqiqəsində meydan sahiblərindən Milan Duriç qonaqların müdafiəçisi Şəhriyar Əliyevi kəllə ilə vurub. Tərəddüd etmədən cibindən qırmızı vərəqə çıxaran baş hakim Ramil Diniyev əcnəbi futbolçunu meydançadan qovub.

Bundan sonra hər iki komandanın futbolçuları arasında mübahisə yaşanıb. Təxminən 1 dəqiqəlik fasilədən sonra qarşılaşma qaldığı yerdən davam edib.