"Azarkeşlərimizə təşəkkür edirəm. Bilirdik ki, "Kəpəz"lə matç çətin olacaq. Qış fasiləsindən sonra bir çox rəqiblərə başağrısı olurdular. Son saniyəyə qədər əzmkar mübarizə izlədik. Futbolçularımıza təşəkkür edirəm. "Zirə"nin əvvəlki əzmkarlığı özünə qayıdır. Bu futboldu hər şey ola bilər".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən "Zirə" - "Kəpəz" matçı sonrası meydan sahiblərinin məşqçisi Elnur Çodarov deyib. Qəsəbə təmmsilçinin məşqçisi qələbəyə (2:1) bu cür şərh verib.

- Milan Duriçin hərəkətinə görə klub onu cəzalandıracaqmı?

- Sözün düzü mən epizodu görmədim. Əgər səhvi böyükdürsə əlbəttə ki, cəzalandırılacaq.

- Matçın final fitindən sonra paltardəyişmə otağında böyük sevinc yaşandı. Bu vəd edilən mükafatla bağlı idi?

- Xeyr. Sadəcə futbolçularımıza özünəinam hissi qayıdıb. Onlar uzun müddət idi ki, ardıcıl qələbə qazana bilmirdilər. İndi onun dadını çıxarırlar.

- "Sumqayıt"la son turdakı oyunu necə dəyərləndirirsiniz?

- Var gücümüzü ortaya qoyacağıq. Hədəfimiz Avroliqaya vəsiqə qazanmaqdı. "Sumqayıt" oyunu bizim üçün final olacaq.