Azərbaycan milli komandasının Latviya yığması ilə iyunun 9-da keçirəcəyi yoldaşlıq oyununun başlanma saatı müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, Riqada keçiriləcək qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.


Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi millimizin mayın 29-da Qırğızıstan, iyunun 5-də isə Qazaxıstanla yoxlama oyunu nəzərdə tutulub.