AFFA-nı Gəncədə gözləyən təhlükə

Oxunma: 1553 TARIX /

Azərbaycan Premyer Liqasının 25-ci turunun keçirilən görüşlərindən sonra aşağı dəstəyə düşməsi rəsmiləşən "Kəpəz"in gələcək taleyi elə də ürəkaçan görünmür.

İdmanxeber.com-un məlumatına görə, AFFA-nın Lisenziya Komissiyası "sarı-göylər"ə elitada iştirak etmək üçün icazə versə də, İcraiyyə Komitəsi imkan yaratmır. Bu səbəbdən 2018-2019 mövsümündən etibarən "Sabah"ın əsas çempionatda iştirak edəcəyinə şübhə edənlərin sayı azalıb.

Lakin mövcüd durum Gəncə klubunun azarkeşlərinin heç də ürəyincə deyil. Onların narahatlığını anlamaq üçün təkcə saytımızın elektron poçtuna gələn mesajları oxumaq kifayət edir. Yazılan 2 sualdan biri "Kəpəz"in Premyer Liqada yoluna davam edib-etməyəcəyi ilə bağlıdı.

Əldə etdiyimiz məlumata görə, qərb təmsilçisinin tərəfdarları həftəsonu "Neftçi" ilə keçiriləcək son turun oyununa əliboş gəlmək fikrində deyil. Onlar AFFA-ya, xüsusi ilə "Kəpəz"in rəhbərlik kürsüsündə AFFA-nın təyin etdiyi məsul şəxs olan İslam Abbasova öz kəskin etirazlarını bildirən plakatlar açacaqlar. Bununla da "Kəpəz" azarkeşləri qurum rəhbərliyinə öz etirazını bildirmiş olacaq.