"Real" - "Liverpul" matçı Bakı Olimpiya Stadionunda!

Oxunma: 2995 TARIX /

26 may tarixində UEFA Çempionlar Liqasının həlledici mərhələsinin oyunu çərçivəsində üz-üzə gələcək "Real" Madrid və "Liverpul" komandalarının  görüşü ölkəmizdə də böyük maraqla gözlənilir.

İdmanxeber.com-un məlumatına görə, bu səbəbdən böyük monitorlar sayəsində qarşılaşmanı Bakı Olimpiya Stadionundan da izləmək mümkün olacaq. Arenanın kənarında televizorlar quraşıdırlacaq.  Qiyməti 5 – 10 manat təşil edəcək biletləri oyun günü stadionda satışda olacaq. Giriş saat 20:30-a təyin edilib.

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.