Futbol üzrə Azərbaycan Premeyr Liqasının 28-ci (sonuncu) turu çərçivəsində baş tutacaq "Qəbələ" - "Qarabağ" matçının yeri və vaxtı dəyişdirilib.

İdmanxeber.com-un məlumatına görə, buna əsas səbəb kimi mükafatlandırılma mərasimi göstərilib. Qızıl medalı

özü üçün təmin edən "Qarabağ" və gümüşün sahibi "Qəbələ" mayın 21-i Bakıda qarşılaşacaq. Bürünc medalın sahibi isə mayın 20-si keçiriləcək oyundan sonra bəlli olacaq. 

Qeyd edək ki, bürünc medallara “Neftçi”, “Zirə” və “Sumqayıt” iddialıdır. “Ağ-qaralar” son turda “Kəpəz”in qonağı olacağı halda, digər iki kollektiv Sumqayıtda üz-üzə gələcək.