"Kəpəz" məşq etmək üçün axır ki, stadion tapdı

Oxunma: 1096 TARIX /

"Kəpəz"in Bakı Olimpiya Stadionunun (BOS) məşq meydançasında dünən səhərə nəzərdə tutulan məşqi baş tutmadı.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb kimi meydançada yenidənqurma işlərinin başlaması göstərilib. BOS-dan başqa, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) stadionunda da təmir işləri davam etdirilir. Belə olan halda "sarı göylər"in baş məşqçisi Yunis Hüseynov ortada qaldıqlarını və məşq etmək üçün stadion axtardıqlarını bildirmişdi. 

Əldə etdiyimiz məlumata görə, Gəncə klubu son turda üz-üzə gələcəkləri "Neftçi" ilə oyunun hazırlıqlarını "İnter Arena" stadionunda davam etdirəcək. Qərb təmsilçisi bu gün adıçəkilən stadionda, saat 16:00-da məşqə çıxacaq. 

Qeyd edək ki, "Kəpəz" "Neftçi" ilə oyundan 3 gün öncə, mayın 17-si Gəncəyə yola düşəcək.