"Barselona" yarımmüdafiəçisi Andres İnyestanın vida oyununun şərəfinə forma hazırlayıb.

İdmanxeber.com-un məlumatına görə, formanın arxasındakı 8 rəqəmi sonsuzluq işarəsi formasında göstərilib.

Qeyd edək ki, mayın 20-i "Real Sosyedad"a qarşı keçiriləcək matç İnyestanın Kataloniya təmsilçisindəki son görüşü olacaq.