"Qəbələ"dən ayrılacaq ilk futbolçu bəlli oldu

Oxunma: 458 TARIX /

Cari mövsümün əvvəli icarə əsasında Türkiyənin "Göztəpə" kollektivindən "Qəbələ"yə keçən Famusse Konenin taleyinə aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, "qırmızı qaralar" malili futbolçu ilə müqaviləni uzatmaq istəməyib. Beləliklə əcnəbi oyunçu Premyer Liqanın son turu çərçivəsində "Qarabağ"la keçiriləcək oyundan sonra "Qəbələ"dən ayrılacaq.