Almaniya millisi -ı üçün heyətini açıqladı

Oxunma: 418 TARIX /

Almaniya millisinin DÇ-2018 üçün genişləndirilmiş heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, 27 nəfərlik heyətdə zədə səbəbindən bütün mövsümü buraxan "Bavariya"nın qapıçısı Manuel Noyer də yer alıb:

Qapıçılar: Bernd Leno ("Bayer"), Manuel Noyer ("Bavariya"), Mark-Andre ter Stegen ("Barselona"), Kevin Trapp (PSJ)

Müdafiəçilər: Jerom Boatenq, Mats Hummels, Niklas Zyule, Yozua Kimmix (hamısı "Bavariya"), Mattias Qinter ("Borussiya" Münhenqladbax), Yonas Hektor ("Köln"), Conatan Ta ("Bayer"), Marvin Plattenxardt ("Herta"), Antonio Rüdiqer ("Çelsi")

Yarımmüdafiəçilər: Yulian Brandt ("Bayer"), Yulian Draksler (PSJ), İlkay Gündoğan ("Mançester Siti"), Sami Xedira ("Yuventus"), Toni Kroos ("Real"), Leon Qoretska, Sebastyan Rudi (hər ikisi "Bavariya"), Məsut Özil ("Arsenal")

Hücumçular: Mario Qomes ("Ştutqart"), Marko Roys ("Borussiya" Dortmund), Lera Sane ("Mançester Siti"), Nils Petersen ("Frayburq"), Tomas Müller ("Bavariya"), Timo Verner ("Leyptsiq")

Qeyd edək ki, yekun heyətə 23 futbolçunun adı daxi ediləcək.