Əliyar Ağayev milli komandamızın oyununu idarə edəcək

Oxunma: 195 TARIX /

20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan millilərinin yoxlama oyununun hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Bakıda keçiriləcək matçı Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək.

Qeyd edək ki,  “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Gürcüstan görüşü bu gün saat 19:00-da başlayacaq.