Avropa Liqasının final qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, bu ada İspaniyanın "Atletiko" klubunun hücumçusu Antuan Qrizmann layiq görülüb. 27 yaşlı forvard finalda Fransanın "Marsel" klubuna 2 qol vurub. İlk dəfə finalın ən yaxşısı sayılan fransalı hücumçu oyundan sonra mükafatlandırılıb. 

Qeyd edək ki, "Marsel" - "Atletiko" matçı İspaniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.