"Kəpəz" sabah Gəncəyə yola düşəcək

Oxunma: 222 TARIX /

“Kəpəz” Azərbaycan Premyer Liqasında cari mövsümün son oyununa hazırlığı Bakıda keçirir. 

İdmanxeber.com-un məlumatına görə, XXVIII turda evdə “Neftçi”ni qəbul edəcək “sarı-göylər” dünəndən qarşıdakı matç üçün məşqlərə başlayıblar. Komanda mayın 18-də Gəncəyə gələcək. “Kəpəz” həmin gün və ertəsi doğma meydanda keçirəcəyi çalışmalarla tarixi derbiyə hazırlığı başa vuracaq.