Buffon "Yuventus"dan ayrılır - ÖZÜ AÇIQLADI

Oxunma: 481 TARIX /

İtaliya "Yuventus"unun qapıçısı Canluici Buffon A Seriyasının son turunda "Verona" ilə oyundan sonra klubu ilə vidalaşacaq. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə 40 yaşlı qolkiperin özü keçirdiyi mətbuat konfransında açıqlama verib. O, gözəl səyahətinin yekununa yetişdiyini bildirib: "Bu səyahət boyunca həqiqətən də qayğıma qalan insanlarla birgə olmaq xoşbəxtliyi mənə nəsib oldu. Bunu hər gün hiss etdim və onların sevgisi üzündən var gücümlə mübarizə apardım".  

Qeyd edək ki, "Yuventus" "Verona" ilə mayın 19-da evdə üz-üzə gələcək.